Birxeber.az / Borrel: Aİ İranın İsrailə hücumunu kəskin şəkildə pisləyir

Borrel: Aİ İranın İsrailə hücumunu kəskin şəkildə pisləyir

14-04-2024, 05:40

Avropa İttifaqı İranın İsrailə hücumunu pisləyir.

"Report"un məlumatına görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Aİ İranın İsrailə qarşı qəbuledilməz hücumunu qətiyyətlə pisləyir”, - paylaşımda qeyd olunur.

Borrel hadisəni görünməmiş gərginlik və regional təhlükəsizliyə ciddi təhdid adlandırıb.

Daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənub əyalətləri üzərindən İsrail ərazisinə doğru uçduğu bildirilib. İrandan buraxılan döyüş başlıqlı pilotsuz təyyarələr İordaniya ərazisi üzərində də müşahidə edilib.

The EU strongly condemns the unacceptable Iranian attack against Israel.

This is an unprecedented escalation and a grave threat to regional security.

— Josep Borrell Fontelles (@JosepBorrellF) April 13, 2024
Geri qayıt