Birxeber.az / Rusiya aviaşirkətlərinə İraq və İsrailin hava məkanından istifadə etmək qadağan edilib

Rusiya aviaşirkətlərinə İraq və İsrailin hava məkanından istifadə etmək qadağan edilib

14-04-2024, 01:50

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) aviaşirkətlərə İraa, İordaniya və İsrailin hava məkanından istifadə etməyi qadağan edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, Federal Hava Nəqliyyatı Agentliyi Rusiya aviaşirkətlərinə aprelin 14-ü Moskva vaxtı ilə saat 07:00-a qədər İraq və İsrailin hava məkanından istifadə etməyi qadağan edib.

Qeyd edək ki, İran İsrailə qarşı PUA və qanadlı raketlərlə hücuma keçdiyini açılayıb.

Geri qayıt