Birxeber.az / Konqoda silahlılar azı 10 mülki şəxsi öldürüblər

Konqoda silahlılar azı 10 mülki şəxsi öldürüblər

13-04-2024, 20:40

Konqo Demokratik Respublikasının şərqindəki Beni şəhəri yaxınlığında üsyançıların hücumu nəticəsində azı 10 mülki şəxs öldürülüb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” yerli hakimiyyət orqanlarına və BMT-dəki mənbəyə istinadən məlumat yayıb.

Mulekera şəhərinin meri Nqonqo Mayanqa bildirib ki, hücum edənlər Beni yaxınlığındakı Mulekera kommunasında tarlalarda işləyən insanlara atəş açıblar.

Onun sözlərinə görə, indiyədək 7 nəfərin, o cümlədən 3 qadının meyiti tapılıb, daha 5 qurbanın nəşi isə başqa yerlərdədir.

"Əlbəttə, axtarışlar davam etdikcə tapacağımız başqa meyitlər də var", - o, üsyançı “Demokratik Qüvvələr Alyansı” üsyançı qrupunu ittiham edib.

BMT-nin Konqonun şərqindəki sülhməramlı missiyasındakı mənbə 10 nəfərin öldüyünü bildirib.

Geri qayıt