Birxeber.az / Tovuzda minik maşını aşıb, xəsarət alan var - FOTO

Tovuzda minik maşını aşıb, xəsarət alan var - FOTO

20-01-2024, 19:50

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, hadisə Düz Cırdaxan kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt