Birxeber.az / Vilayət rəsmisi: "Xarkovun havadan müdafiə sistemində kritik çatışmazlıq var"

Vilayət rəsmisi: "Xarkovun havadan müdafiə sistemində kritik çatışmazlıq var"

13-04-2024, 13:40

Xarkov şəhərinin, vilayətin, hərbi texnikanın mühafizəsi ilə bağlı deyə bilərəm ki, hava hücumundan müdafiə sistemləri ilə bağlı çatışmazlıqlar var.

Bunu "Report"un Şərqi Avropa bürosuna Ukraynanın Xarkov vilayətinin Hərbi administrasiya rəhbərinin müavini Yevgeni İvanov bildirib.

"Biz bu barədə müzakirələr aparırıq. Ukrayna hökuməti, Prezident Volodimir Zelenski şəxsən bununla bağlı danışır. Prezident Ukrayna, o cümlədən Xarkov üçün müəyyən sayda yeni müasir hava hücumundan müdafiə sistemlərinin ayrılmasını təmin etmək məqsədi ilə bütün tərəfdaşlara müraciət edir. Çünki yalnız onlar ballistik raketlərlə mübarizə apara bilərlər", - Y.İvanov vurğulayıb.

O qeyd edib ki, burada bir raketin uçuş müddəti, Belqoroddan (Rusiya) Xarkova bir dəqiqədən azdır: “Yalnız müasir sistemlər bu vəziyyətlə mübarizə apara bilər. Hava hücumundan müdafiə sistemləri ilə bağlı kritik çatışmazlığı var. Bu, demək olar ki, ilk növbədə prezidentimiz tərəfindən, bütün beynəlxalq tərəfdaşlarla müzakirə olunur. Çünki bizim üçün hava hücumundan müdafiə sistemlərinin mövcudluğu və alınması şəhərin və rayonun qorunub saxlanması, burada insanların və iş yerlərinin qorunması vacibdir.

Düşmən demək olar ki, gecə-gündüz bizə hücum edir. Xarkov şəhərinə həm köhnə sovet “S-300” raketləri, həm də səsdən sürətli olan “X” sinifli raketləri zərbələr endirilir. Demək olar ki, bütün növ raketlərdən, artilleriyadan Xarkovda istifadə olunur".

Geri qayıt