Birxeber.az / Avstraliyada bıçaqlı hücum zamanı ölənlərin sayı 5-ə çatıb, 9 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

Avstraliyada bıçaqlı hücum zamanı ölənlərin sayı 5-ə çatıb, 9 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

13-04-2024, 12:50

Naməlum şəxsin Sidneydəki ticarət mərkəzinə bıçaqla hücumu zamanı ölənlərin sayı 5 nəfərə çatıb.

APA-nın “abc.net”ə istinadən xəbərinə görə, hadisə zamanı 9 nəfərin yaralandığı bildirilib. Onlardan bəzilərinin vəziyyəti kritikdir.

Yerli polisin açıqlamasına görə, o, hələlik motivi bəlli olmayan hadisəni təkbaşına törədib.

Qeyd edək ki, hücum edən şəxs polisin müdaxiləsi ilə zərərsizləşdirilib.

***

12:08

Avstraliyanın Sidney şəhərindəki ticarət mərkəzində naməlum şəxsin bıçaqla insanlara hücumu nəticəsində 4 nəfər ölüb.

APA-nın “BBC”yə istinadən xəbərinə görə, hadisə zamanı daha 8 nəfərin yaralandığı bildirilir. Onların arasında azyaşlı uşaq da var.

Həmin şəxs əraziyə gələn polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Polisin məlumatına görə, adı hələlik açıqlanmayan bu şəxsin radikal dini qruplaşmalarla əlaqəsi araşdırılır.

Geri qayıt