Birxeber.az / Delfin Pronk: "Aİ minatəmizləmədə Azərbaycanın ən böyük dəstəkçisidir"

Delfin Pronk: "Aİ minatəmizləmədə Azərbaycanın ən böyük dəstəkçisidir"

13-04-2024, 05:50

Avropa İttifaqı minatəmizləmə məsələsində Azərbaycanın ən böyük dəstəkçisidir.

Birxeber.Az xəbər verir ki, bunu təşkilatın Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Delfin Pronk "X" sosial şəbəkəsində bildirib.

“Durumu dəyişə biləcəyimizlə fəxr edirəm. Minaların təmizlənməsinə gəldikdə, Aİ Azərbaycanın ən böyük dəstəkçisidir. Aİ qadınlardan ibarət minatəmizləmə komandasının hazırlanması ilə qadınların təhlükəsizlikdə oynadığı rolu artırmağa kömək edir”, – sədr qeyd edib.

Bundan əlavə, Pronk bildrib ki, regionda sülhün və sabitliyin təmin edilməsi üçün konkret addımların atılmasının vaxtı çatıb və Aİ əməkdaşlığı dərinləşdirməyə və sülh səylərini dəstəkləməyə davam etməyə hazırdır.

Geri qayıt