Birxeber.az / Rusiya ordusu Donetsk vilayətinin daha bir kəndini işğal edib

Rusiya ordusu Donetsk vilayətinin daha bir kəndini işğal edib

13-04-2024, 03:40

Rusiya Silahlı Qüvvələri Donetsk vilayətinin Baxmut rayonunun Çasiv Yar şəhər icmasının Bohdanivka kəndini işğal edib.

“Birxeber.Az” xəbər verir ki, bu qənaətə Ukrayna Müdafiə Nazirliyinə yaxın OSINT-layihə olan “DeepState” teleqram kanalı gəlib.

“Düşmən Bohdanivkanı işğal edərək Çasiv Yar, Novokalınove və Tonenke yaxınlığında irəliləyib”, – kanal nəql edib.

Xatırladaq ki, aprelin 9-da Rusiya qoşunlarının sözügedən regionun Pervomayske kəndini işğal etdiyi açıqlanmışdı.

Geri qayıt