Birxeber.az / Mina partlayışında xəsarət alaraq Yevlaxda xəstəxanaya yerləşdirilən şəxsin vəziyyəti açıqlanıb

Mina partlayışında xəsarət alaraq Yevlaxda xəstəxanaya yerləşdirilən şəxsin vəziyyəti açıqlanıb

12-04-2024, 20:40

İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu əməliyyata alınıb.

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, X.Teymurov Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstə yaxınlarının verdiyi məlumata görə, ona sol baldırın aşağı üçdəbir hissəsinin amputasiyası diaqnozu qoyulub və əməliyyata götürülüb.

Qeyd edək ki, bu gün Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib ki, 1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu və 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

Hər iki şəxs ayağından xəsarət alıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Geri qayıt