Birxeber.az / Dərnəgüldə fəaliyyət göstərməyən zavod ərazisində yanğın olub - VİDEO

Dərnəgüldə fəaliyyət göstərməyən zavod ərazisində yanğın olub - VİDEO

12-04-2024, 17:50

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül yaşayış massivində yerləşən hal-hazırda fəaliyyət göstərməyən zavod ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

FHN-dən APA-ya verilən xəbərə görə, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində zavodun ərazisində 50 m² sahədə müxtəlif tərkibli tullantılar yanıb.

Ərazidəki tikililər, habelə 4 ədəd qaz balonu yanğından mühafizə olunub.

Geri qayıt