Birxeber.az / Azərbaycan Metrologiya İnstitutu auditor seçir

Azərbaycan Metrologiya İnstitutu auditor seçir

12-04-2024, 16:40

Azərbaycan Metrologiya İnstitutu (AMİ) 2023-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 12 manatdır.

İddiçılar təkliflərini aprelin 29-na qədər qurumun yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Elçin İsaqzadə küçəsi, 7-ci köndələn ünvanına təqdim edə bilərlər.

Təkliflərə iyunun 29-da, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

Xatırladaq ki, AMİ ölkə prezidentinin 10 fevral 2017-ci il tarixli, “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən ləğv edilmiş Dövlət Metrologiya Xidmətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 3,122 milyon manatdır.

Geri qayıt