Birxeber.az / MDB XİN başçıları jurnalistlər üçün təhlükəsiz iş şəraitinin təmininin zəruriliyini bəyan ediblər

MDB XİN başçıları jurnalistlər üçün təhlükəsiz iş şəraitinin təmininin zəruriliyini bəyan ediblər

12-04-2024, 15:40

MDB ölkələrinin xarici işlər nazirləri jurnalistlərin peşə fəaliyyəti üçün təhlükəsiz şəraitin təmini və onların hüquqlarının pozulmasının qarşısının alınmasına dair birgə bəyanat qəbul ediblər.

“Report” BELTA-ya istinadən xəbər verir ki, bu barədə bəyanat MDB Xarici İşlər Nazirləri Şurasının bu gün Minskdə keçirilən iclasının yekunları üzrə qəbul olunub.

MDB Baş katibi Sergey Lebedevin jurnalistlərə verdiyi məlumata görə, MDB ölkələrinin XİN başçıları KİV-in fəaliyyətinə, onların təhlükəsizliyinin təmin olunmasına böyük önəm verirlər:

“Jurnalistlərin azad və səmərəli fəaliyyəti üçün hər şeyi etmək müqəddəs borcumuzdur. Bu, Birlik daxilində onların fəaliyyətini dəstəkləyən ilk bəyanat deyil. Biz fəaliyyətlərimizin obyektiv şəkildə işıqlandırılmasında son dərəcə maraqlıyıq”.

Geri qayıt