Birxeber.az / Rusiya "Shahed"lərlə Ukraynada elektrik stansiyasına zərbələr endirib

Rusiya "Shahed"lərlə Ukraynada elektrik stansiyasına zərbələr endirib

12-04-2024, 09:50

Ötən gecə Rusiya ordusu Ukraynanın enerji infrastrukturuna zərbələr endirib.

APA-nın xəbərinə görə, bu barədə məlumat adıçəkilən ölkənin “Telegram” kanallarında yayılıb.

Bildirilib ki, aviazərbələr “Shahed” pilotsuz uçuş aparatları vasitəsilə endirilib. Nəticədə bir neçə qəsəbənin elektrin enerjisi təchizatı dayandırılıb.

Krivoy Roq şəhərində elektrik stansiyasına endirilən zərbə yanğına səbəb olub. İlkin məlumata görə, hadisə itkisiz ötüşüb.

Geri qayıt