Birxeber.az / Vyetnamda məhkəmə milyarder qadına ölüm hökmü verib

Vyetnamda məhkəmə milyarder qadına ölüm hökmü verib

12-04-2024, 01:50

Vyetnamda əmlak maqnatı Truonq May Lan ölkənin ən böyük banklarından birini 11 il ərzində talamaqda günahlandırılaraq ölüm cəzasına məhkum edilib.

APA xəbər verir ki, bu barədə Vyetnam Xalq Məhkəməsi məlumat yayıb.

Məhkəmə sənədlərində deyilir ki, o, Saiqon kommersiya bankından 44 milyard dollar kredit götürüb və 27 milyard dollar geri qaytarmalı imiş, lakin pul geri ödənməyib.

Ölkənin ən varlı qadınlarından biri olan 67 yaşlı Truonq May Lan ittihamları rədd edib və apellyasiya şikayəti verəcəyini bildirib.

Geri qayıt