Birxeber.az / Qazaxda qəza olub, xəsarət alanlar var

Qazaxda qəza olub, xəsarət alanlar var

29-01-2024, 08:50

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Birinci Şıxlı kəndində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub.

Qəza zamanı üç nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriblər.

Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt