Birxeber.az / Kisida: “Yaponiya Ukraynaya yardım etməyə davam edəcək”

Kisida: “Yaponiya Ukraynaya yardım etməyə davam edəcək”

11-04-2024, 22:50

Yaponiyanın Baş naziri Fumio Kisida ABŞ Konqresini əmin edib ki, Tokio Ukraynaya yardım və dəstək verməyə davam edəcək.

Birxeber.Az xəbər verir ki, hökümət başçısı bunu amerikalı konqresmenlər qarşısında çıxış edərkən deyib.

“Biz indiyədək Ukraynaya 12 milyard dollar yardım elan etmişik. Bu yardıma PUA-ların aşkarlanması sistemləri də daxildir. Bu, NATO-nun yardım paketinin bir hissəsidir. Bəli, Yaponiya dünyanın o tayında NATO ilə əməkdaşlıq edir”, - Kisida vurğulayıb.

Bundan əlavə, baş nazir xatırladıb ki, Yaponiya “Rusiyaya qarşı sərt sanksiyalar” tətbiq edib və fevralda Ukraynanın bərpası ilə bağlı konfrans keçirib.

Geri qayıt