Birxeber.az / Azərbaycan Basketbol Liqası: "Xırdalan" dördüncü pilləyə yüksəlib 

Azərbaycan Basketbol Liqası: "Xırdalan" dördüncü pilləyə yüksəlib 

11-04-2024, 22:40

"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 17-ci turunun ikinci oyunu baş tutub.

Federasiyadan "Report"a verilən məlumata görə, "Neftçi" və "Xırdalan" klublarının üz-üzə gəldiyi oyunun əsas vaxtı 89:89 hesabı ilə yekunlaşıb.

İki əlavə vaxtın olduğu oyunda daha yaxşı təsir bağışlayan "Xırdalan" Teyvion Körkun də 45 xalla tripl-dabl etməsi sayəsində rəqibi üzərində 114:109 hesablı qələbə qazanaraq, turnir cədvəlində 4-cü pilləyə yüksəlib.

Ən məhsuldar basketbolçular "Neftçi"dən Di Angelo Stüart (35 xal, 5 asist ), "Xırdalan"dan Teyvion Körk (45 xal, 11 ribaund, 10 asist) olublar.

Geri qayıt