Birxeber.az / Yaşar Gülər: Cənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanında olacağıq

Yaşar Gülər: Cənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanında olacağıq

11-04-2024, 12:40

Türkiyə Cənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanında olacaq.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər nazirliyin yüksək rütbəli rəsmiləri ilə birlikdə Şanlıurfaya sərəfində deyib.

O bildirib ki, Türkiyə digər dost və qardaş ölkələr kimi, Azərbaycanın da haqlı mübarizəsinə dəstək verməyə davam edəcək: “Regional və beynəlxalq təhlükəsizliyə, sülhə töhfə verməkdəyik”.

Y.Gülər söyləyib ki, Türkiyə Qarabağ probleminin həlli üçün ciddi səylər ortaya qoyub: “Biz, həmçinin Liviyadakı, Ukraynadakı problemlərin həlli üçün də çalışırıq”.

Geri qayıt