Birxeber.az / Biləsuvarda çantasında "Kalaşnikov" avtomatı gəzdirən şəxs həbs edilib

Biləsuvarda çantasında "Kalaşnikov" avtomatı gəzdirən şəxs həbs edilib

11-04-2024, 09:40

Biləsuvarda çantasında "Kalaşnikov" avtomatı gəzdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Birxeber.Az"un Muğan bürosuna verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah gəzdirməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Daşqın Əzizov saxlanılıb.

Ona məxsus idman çantasından 1 ədəd "AKS-74" markalı avtomat silahı aşkarlanaraq götürülüb.

Faktla bağlı Biləsuvar RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə D.Əzizov barəsində həbs qətimkan tədbiri seçilib.

Geri qayıt