Birxeber.az / Afrikada mübahisəli bölgədə 52 nəfər öldürülüb

Afrikada mübahisəli bölgədə 52 nəfər öldürülüb

29-01-2024, 04:40

Sudan və Cənubi Sudanın mübahisəli Abyei bölgəsində silahlı qrupun hücumu nəticəsində azı 52 nəfər ölüb, 64 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Ölənlər arasında BMT-nin sülhməramlı missiyasının əməkdaşı da var. Regional hakimiyyət orqanlarının məlumatına görə, hücumun səbəbi hələ müəyyən edilməyib.

İlkin məlumata görə, bu, torpaq üstündə münaqişə də ola bilər.

Cənubi Sudan 2011-ci ildə müstəqillik qazandıqdan sonra neftlə zəngin Abyei bölgəsində gərginlik davam edir.

Abyei mübahisəli ərazi olaraq qalır (sahəsi 10 460 kv. km), Sudan və Cənubi Sudan sərhədində yerləşir. BMT Təhlükəsizlik Şurasının qərarı ilə Abyei üçün BMT-nin Müvəqqəti Təhlükəsizlik Qüvvələri orada yerləşdirilib.

Geri qayıt