Birxeber.az / Finlandiyada prezident seçkilərinin ikinci turu keçiriləcək

Finlandiyada prezident seçkilərinin ikinci turu keçiriləcək

29-01-2024, 03:50

Finlandiyada 11 fevralda prezident seçkilərinin ikinci turu keçiriləcək.

Birxeber.Az xəbər verir ki, bu barədə Finlandiya Ədliyyə Nazirliyi səslərin 100%-nin hesablanmasından sonra bildirib.

İkinci turda Milli Koalisiya Partiyasının namizədi, ölkənin keçmiş baş naziri və keçmiş xarici işlər naziri Aleksandr Stubb (27,2% - səs) və keçmiş xarici işlər naziri Pekka Haavisto (25,8% - səs) iştirak edəcək.

Səsvermənin yekun nəticələri yanvarın 30-da elan olunacaq.

Geri qayıt