Birxeber.az / İraqda ABŞ və beynəlxalq koalisiya qüvvələrinin hərbi bazasına raket hücumu olub

İraqda ABŞ və beynəlxalq koalisiya qüvvələrinin hərbi bazasına raket hücumu olub

20-01-2024, 18:50

İraqın qərbində Ayn əl-Əsəd hərbi bazası 20-dən çox raketlə vurulub.

Birxeber.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Atəşi İraq şiə hərbi qruplaşmalarının həyata keçirdiyi bildirilib.

Qeyd edək ki, Ayn əl-Əsəd hərbi bazasından ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri istifadə edir.

Geri qayıt