Birxeber.az / İsrail ordusu Livanın cənubundakı hərbi hədəflərə zərbələr endirib

İsrail ordusu Livanın cənubundakı hərbi hədəflərə zərbələr endirib

10-04-2024, 23:40

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livanın cənubuna yeni hava zərbələri endirib.

"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Hədəflər Ayt əl-Şaab kəndindəki hərbi və Əl-Xiyam şəhəri yaxınlığındakı infrastruktur obyektləri olub.

Bundan əvvəl İsrail hərbçiləri Livanla sərhəd An-Nakura kəndinə zərbələr endirib.

Geri qayıt