Birxeber.az / Finlandiyada prezident seçkilərində ikinci tur keçiriləcək - YENİLƏNİB

Finlandiyada prezident seçkilərində ikinci tur keçiriləcək - YENİLƏNİB

29-01-2024, 02:40

Finlandiyada 11 fevralda prezident seçkilərinin ikinci turu keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Finlandiya Ədliyyə Nazirliyi səslərin 100%-nin hesablanmasından sonra bildirib.

İkinci turda Milli Koalisiya Partiyasının namizədi, ölkənin keçmiş baş naziri və keçmiş xarici işlər naziri Aleksandr Stubb (27,2% - səs) və keçmiş xarici işlər naziri Pekka Haavisto (25,8% - səs) iştirak edəcək.

Səsvermənin yekun nəticələri yanvarın 30-da elan olunacaq.

00:48

Finlandiyada keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, indiyədək bülletenlərin 80%-i emal olunub və Milli Koalisiya Partiyasının namizədi, ölkənin keçmiş baş naziri və keçmiş xarici işlər naziri Aleksandr Stubb liderdir.

Vətəndaşların 27,4%-i Stubba, 25,2%-i “Yaşıllar İttifaqı” fraksiyasının üzvü və Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Pekka Haavistoya, 18,5%-i parlamentin spikeri, ifrat sağçı “Finlər Partiyası”nın keçmiş rəhbəri Yussi Halla-ahoya səs verib.

Geri qayıt