Birxeber.az / İstanbulda kilsəyə silahlı hücumdan sonra 40-dan çox şəxs saxlanılıb - YENİLƏNİB-1

İstanbulda kilsəyə silahlı hücumdan sonra 40-dan çox şəxs saxlanılıb - YENİLƏNİB-1

29-01-2024, 01:50

İstanbulda kilsədə baş verən atışmadan sonra 40-dan çox şəxs saxlanılıb.

Birxeber.Az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılanlar arasında Rusiya vətəndaşı da var.

***

28.01.2024

Saat 23:58

İstanbulun Sarıyer rayonunda ibadət zamanı kilsəyə silahlı hücum etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Birxeber.Az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında bildirib.

"Bu səhər Sarıyerdə Santa Mariya Kilsəsində ibadət zamanı vətəndaşımız Tuncer Cihanın ölümünə səbəb olan iki şübhəli tutuldu”, - deyə o qeyd edib.

***

Saat 22:59

İstanbulda kilsəyə silahlı hücum edən iki nəfərdən biri saxlanılıb.

Birxeber.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İbadət zamanı edilən hücumda iki maskalı şəxslər 1972-ci il təvəllüdlü Türkiyə vətəndaşını öldürüb.

Geri qayıt