Birxeber.az / Qazaxıstanda daşqınlar səbəbindən 100 minə yaxın insan təxliyə olunub

Qazaxıstanda daşqınlar səbəbindən 100 minə yaxın insan təxliyə olunub

10-04-2024, 12:40

Qazaxıstanda daşqınlar başlayandan bəri 100 min nəfərə qədər insan təxliyə olunub.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, indiyə kimi 96,5 min nəfər, o cümlədən 31,6 min uşaq təxliyə edilib.

Məlumata görə, təbii fəlakət nəticəsində Qazaxıstanın 5 vilayətində 4 min yaşayış binası və 336 həyətyanı sahə su altında qalıb.

Ölkənin 10 rayonunda fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Geri qayıt