Birxeber.az / Paşinyan: KTMT sülhməramlılarının Ermənistanda yerləşdirilməsi marionet hökumətin yaradılmasına gətirib çıxara bilərdi

Paşinyan: KTMT sülhməramlılarının Ermənistanda yerləşdirilməsi marionet hökumətin yaradılmasına gətirib çıxara bilərdi

10-04-2024, 11:40

Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlılarının yerləşdirilməsi Ermənistanda marionet hökumətin yaradılmasına gətirib çıxara bilərdi.

“Report” xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan parlamentin iclasında çıxışı zamanı deyib.

O bildirib ki, KTMT Ermənistanda müttəfiq yox, sülhməramlı kimi iştirak edəcəkdi: “Beləliklə, Ermənistan özünün təhlükəsizlik zəmanətləri sistemindən kənarda qalacaqdı”.

Geri qayıt