Aprelin 9-da saat 18 radələrində Ağdaş şəhəri ərazisində Tural Muradov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən piyada, 2019-cu il təvəllüdlü Ə.Hüseynovu vurub.
Bu barədə APA-ya DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Qeyd edilib ki, piyada aldığı xəsarətlərdən bu gün səhər saatlarında xəstəxanada vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.