Birxeber.az / İddiaçılar Turniri: Nicat Abasov Hindistan şahmatçısı ilə görüşəcək

İddiaçılar Turniri: Nicat Abasov Hindistan şahmatçısı ilə görüşəcək

10-04-2024, 10:40

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.

“Birxeber.Az”un məlumatına görə, 28 yaşlı qrossmeyster VI turda Hindistan təmsilçisi Rameşbabu Praqnanandha ilə üz-üzə gələcək.

O, bu dəfə ağ fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Beş turdan sonra həmyerlimiz 1,5 xalla 7-8-ci yerləri bölüşdürür.

Bu gün həmçinin Dommaracu Qukeş (Hindistan) - Hikaru Nakamura (ABŞ), Santoş Vidit (Hindistan) - Əlireza Firuzca (Fransa) və Yan Nepomnyaşi (FIDE) - Fabiano Karuana (ABŞ) görüşləri baş tutacaq.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Geri qayıt