Birxeber.az / Çin, Yaponiya və Cənubi Koreya üçtərəfli sammit keçirmək niyyətindədir

Çin, Yaponiya və Cənubi Koreya üçtərəfli sammit keçirmək niyyətindədir

10-04-2024, 06:50

Yaponiya, Çin və Koreya Respublikası mayın sonunda rəhbərlik nümayəndələrinin üçtərəfli görüşünü keçirmək niyyətindədirlər.

APA” xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hazırda tərəflər mayın 26-27-də Cənubi Koreyada danışıqlar aparmaq variantını nəzərdən keçirirlər. İclas baş tutarsa, o zaman Yaponiyanın Baş naziri Fumio Kisida, Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Syan və Koreya Respublikasının Prezidenti Yun Sok-yol iştirak edəcək.

Onların Şimali Koreya da daxil olmaqla regional məsələləri və iqtisadi əməkdaşlığı müzakirə edəcəyi gözlənilir.

Yaponiya, Koreya Respublikası və Çin arasında ilk üçtərəfli sammi 2008-ci ildə baş tutub. 2019-cu ilədək səkkiz görüş keçirilib. Format Seul və Tokio arasında məcburi əmək qurbanlarına təzminat ödənilməsi ilə bağlı fikir ayrılıqları, eləcə də pandemiya səbəbindən dayandırılıb.

Geri qayıt