Birxeber.az / ABŞ Ukraynaya “Hawk” kompleksləri üçün ehtiyat hissələrinin təcili satışına icazə verib

ABŞ Ukraynaya “Hawk” kompleksləri üçün ehtiyat hissələrinin təcili satışına icazə verib

10-04-2024, 04:50

ABŞ Dövlət Departamenti Ukraynaya "HAWK Phase III" hava hücumundan müdafiə sistemlərinini təmiri üçün təxminən 138 milyon dollarlıq avadanlığın satışına dair sazişi təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Pentaqonun tərkibində olan Təhlükəsizlik Əməkdaşlıq Agentliyinin bəyanatında deyilir.

“Dövlət katibi bildirib ki, fövqəladə vəziyyət yaranıb. Bu vəziyyət ABŞ-nin milli təhlükəsizliyinin maraqları naminə qeyd olunan müdafiə mallarını Ukrayna hökumətinə dərhal satılmasını tələb edir”, - bəyanatda deyilir.

Geri qayıt