Birxeber.az / İordaniya öz ərazisində ABŞ hərbi bazasına PUA ilə hücum edilməsini təkzib edib

İordaniya öz ərazisində ABŞ hərbi bazasına PUA ilə hücum edilməsini təkzib edib

28-01-2024, 23:40

İordaniya hökumətinin sözçüsü və rabitə naziri Muhannad əl-Mubadin ABŞ prezidenti Cozef Baydenin krallıq ərazisində Amerika qüvvələrinə hücum edildiyi barədə bəyanatını təkzib edib.

“Report” xəbər verir ki, bu barədə İordaniyanın “Al Mamlaka” telekanalı məlumat yayıb.

Nazir bildirib ki, hücuma məruz qalan Amerika hərbi bazası İordaniya sərhədlərindən kənarda yerləşir:

“Suriyanın Əl-Tanf şəhərində, İordaniyanın sərhədi yaxınlığında yerləşən ABŞ hərbi bazası hücuma məruz qalıb”.

Bundan əvvəl “CNN” xəbər verib ki, İordaniyada yerləşən ABŞ-nin hərbi bazasının pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qalıb. Nəticədə 3 əsgər ölüb, 20-dən çoxu yaralanıb.

Daha sonra ABŞ prezidenti Cozef Bayden İordaniyada öldürülən ABŞ hərbçiləri ilə bağlı İranın dəstəklədiyi qrupları günahlandırıb.

Geri qayıt