Birxeber.az / Ağ Ev Ukraynaya yardım üçün daha 100 milyard dollar tələb edə bilər

Ağ Ev Ukraynaya yardım üçün daha 100 milyard dollar tələb edə bilər

9-04-2024, 22:50

Amerika administrasiyası ABŞ Konqresindən Ukraynaya yardım üçün büdcədən əlavə 100 milyard dollar ayrılmasını tələb edə bilər.

Birxeber.Az xəbər verir ki, bu barədə Missuri ştatından olan respublikaçı senator Erik Şmit məlumat verib.

Senatın Silahlı Qüvvələr Komitəsində dinləmələr zamanı Şmitt ABŞ-nin müdafiə naziri Lloyd Ostindən Ağ Evin Ukraynaya yardım üçün ayırmaq istədiyi vəsaitin ümumi məbləğinə aydınlıq gətirməsini istəyib.

“Bu komitənin üzvlərinə bildirilib ki, daha bir 100 milyard dollarlıq sorğu ola bilər”, - senator qeyd edib.


Geri qayıt