Birxeber.az / Ermənistanın baş naziri gənclərin ordudan yayındığını etiraf edib

Ermənistanın baş naziri gənclərin ordudan yayındığını etiraf edib

28-01-2024, 22:40

“Ordu “ucuz tost obyekti” olmamalıdır”.

“Birxeber.Az” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, hərbi yaşda olan vətəndaşların yarısından az hissəsi orduya cəlb olunur:

“Bu o deməkdir ki, ya bizim nəslin səhhətində ciddi problemlər var, ya da bu sahə korrupsiya üçün ən çiçəklənən mühit olaraq qalır. Tibb rəsmiləri, hərbçilər və ictimaiyyət bu sahədə bir-biri ilə müttəfiqdir”.

Paşinyan həmçinin döyüşə hazır ehtiyat qüvvələrin olmasının vacibliyini qeyd edib.

Geri qayıt