Birxeber.az / "Kapital Bank"ın tərəfdaşlığı ilə keçirilən Azərbaycan Biznes Keys yarışmasının qalibləri bəlli oldu

"Kapital Bank"ın tərəfdaşlığı ilə keçirilən Azərbaycan Biznes Keys yarışmasının qalibləri bəlli oldu

9-04-2024, 17:40

"Kapital Bank" ASC və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin (ABMA) birgə tərəfdaşlığı ilə keçirilən 20-ci Azərbaycan Biznes Keys Yarışmasının (ABCC 2024) qalibləri bəlli olub.

Həm yerli, həm də xarici tələbələri əhatə edən yarışmanın yarımfinal mərhələsində hər komandada 4 nəfər olmaqla 16 komanda qalib adı uğrunda mübarizə aparıb. Yarışmanın birincisi 76 nömrəli komanda olub. 16 nömrəli komanda 2-ci, 79 və 4 nömrəli komanda isə eyni nəticə ilə 3-cü yerə layiq görülüblər. Qalib komandaya 14 000 manat dəyərində pul mükafatı təqdim olunub.

Müsabiqənin keçirilməsində məqsəd ali təhsil müəssisələri tələbələrinin biznes yönümlü sahələr üzrə bacarıq və vərdişlərini təkmilləşdirmək, onların maliyyə, marketinq, hesabat, texnologiya və idarəetmə sahələrində praktiki vərdişlərə yiyələnməsinə dəstək olmaqdır.

Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, "Birbank" kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Geri qayıt