Birxeber.az / Türkiyə KİV: Qərb regionda nüfuzunu bərpa etmək üçün Ermənistanı silahlandırır

Türkiyə KİV: Qərb regionda nüfuzunu bərpa etmək üçün Ermənistanı silahlandırır

9-04-2024, 16:40

Qərb regionda nüfuzunu bərpa etmək üçün Ermənistanı silahlandırır.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Anadolu” agentliyində dərc olunan geniş məqalədə yazılıb.

Bildirilib ki, Azərbaycan İkinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrında keçirdiyi antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü tam bərpa edib: “Ermənistandakı Nikol Paşinyan hakimiyyəti məğlubiyyəti və bölgədəki yeni reallıqları qəbul edib. Bundan sonra Cənubi Qafqazda sülhün bərqərar olunması üçün tarixi fürsət yaranıb. Bakı və İrəvanın yeni müzakirələrlə bağlı pozitiv mövqelərinə baxmayaraq, xarici aktorlar prosesə təsir edirlər. Nəticədə yeni problemlər meydana çıxır”.

Qeyd olunub ki, Fransanın Ermənistanı dəstəkləməsi Azərbaycanla münasibətlərdə gərginlik yaradıb: “Aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistanın iştirakı ilə keçirilən görüş Qərbin regiondakı məqsədləri ilə bağlı şübhələri daha da artırdı. Bakı bu görüşə etiraz etdi. Ankara isə üçüncü güclərin proseslərin inkişafına zərər vermələrindən çəkinməyə çağırdı”.

Məqalədə yazılıb ki, Ermənistan hakimiyyəti Qərbə yaxınlaşmaqla paralel olaraq, həm də uzun illər forpostu olduğu Rusiyadan uzaqlaşır: “Paşinyan İrəvanın Moskvadan asılılığını dayandırmaq istəyir. 2020-ci ilin sentyabrından bəri Aİ 38 milyon, ABŞ isə 31 milyon dollar həcmində Ermənistana yardım edib. Hər iki tərəf bu dəstəyin davam edəcəyinə söz verib".

Geri qayıt