Birxeber.az / İmişlidə ova gedən şəxs göldə boğulub

İmişlidə ova gedən şəxs göldə boğulub

28-01-2024, 21:40

İmişli rayonunda göldə qayığın aşması nəticəsində 29 yaşlı kişi həyatını itirib.

“Birxeber.Az”un Aran bürosunun məlumatına görə, hadisə rayon ərazisində yerləşən “Sarısu” gölündə baş verib.

İlkin məlumata görə, rayon sakini, 1995-ci il təvəllüdlü Aslanov Elşad Şükür oğlu “Sarısu” gölündə ov edən zaman qayıq aşıb.

Nəticədə o, göldə boğularaq ölüb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt