Birxeber.az / KİV: ABŞ və Aİ Paşinyandan Rusiyameyilli məmurlardan xilas olmağı tələb edir

KİV: ABŞ və Aİ Paşinyandan Rusiyameyilli məmurlardan xilas olmağı tələb edir

9-04-2024, 15:40

Ermənistan baş naziri Nikol Paşinyan ABŞ və Avropa İttifaqı qarşısında bütün Rusiyameyilli məmurları komandasından təmizləmək barədə öhdəlik götürüb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Qeyd olunub ki, Ermənistan hakimiyyətinin dərc olunan sənədlər və bəyanatlardan başqa ABŞ və Avropa İttifaqı (Aİ) qarşısında öhdəlikləri var:

“Qərb Paşinyandan Rusiya ilə yaxın əlaqələri olan şəxslərin vəzifədən uzaqlaşdırılmasını tələb edir. Aİ isə ayırdığı maliyyə vəsaitinin yalnız etibarlı insanların əlində olmasını istəyir”.

Nəşrin yazdığına görə, Aİ-nin xüsusilə, təhlükəsizlik sahəsində çalışan insanlarla bağlı ciddi narahatlığı var: “Baş nazirin onlardan xilas olması tələb edilir”.

Geri qayıt