Birxeber.az / AFFA İntizam Komitəsi Premyer Liqanın 3 klubunu cərimələyib

AFFA İntizam Komitəsi Premyer Liqanın 3 klubunu cərimələyib

9-04-2024, 14:40

AFFA İntizam Komitəsi Premyer Liqanın 3 klubunu cərimələyib.

“Report” xəbər verir ki, çempionatın XXIX turunda keçirilən “Neftçi” – “Sumqayıt” oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə birincilər 800 manat cərimələniblər.

4 futbolçusu sarı vərəqə alan “Sumqayıt” isə 700 manat cərimə ödəməli olacaq.

Həmçinin “Qarabağ”la qarşılaşmada 6 oyunçusu sarı vərəqə alan “Səbail” 700 manat cəriməyə məruz qalıb.

Geri qayıt