Birxeber.az / İmişlidə avtomobil piyadanı vuraraq öldürüb

İmişlidə avtomobil piyadanı vuraraq öldürüb

28-01-2024, 20:50

İmişlidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Cahar kəndində qeydə alınıb.

"Ford Tranzit" markalı avtomobil yolu keçən piyadanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt