Birxeber.az / Bakı, Sumqayıt və Abşeronda aprelin pensiyaları ödənilib

Bakı, Sumqayıt və Abşeronda aprelin pensiyaları ödənilib

9-04-2024, 13:50

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aprel ayının pensiyaları ödənilib.

Nazirlikdən Birxeber.Az-ya verilən xəbərə görə, yaxın günlərdə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

Geri qayıt