Birxeber.az / Ramazan bayramını “Lladro” brendi ilə qeyd edin: Şərq gecələrinin hekayəsi “Majestic Nights” kolleksiyasında -  FOTO

Ramazan bayramını “Lladro” brendi ilə qeyd edin: Şərq gecələrinin hekayəsi “Majestic Nights” kolleksiyasında -  FOTO

9-04-2024, 13:40

Şəhrizadənin dillər əzbəri olmuş nağıllarını nəfis çini ev aksessuarlarında təcəssüm etdirən dünya şöhrətli “Lladro” (İspaniya) brendinin yeni kolleksiyasının Azərbaycandakı premyerası Ramazan bayramına təsadüf edir. İnsanı ovsunlayan sehrli “1001 gecə” nağıllarından ilhamlanan yeni “Majestic Nights” kolleksiyasının dünya premyerası 2024-cü ilin yanvarında Paris şəhərində dəb və həyat tərzinə həsr olunmuş beynəlxalq “Maison&Objet” sərgisində baş tutmuşdur. Azərbaycan yeni kolleksiyanı birinci görən ölkələr sırasındadır.

“Majestic Nights” kolleksiyasının əsas dekorativ motivi qəfəs formasında hazırlanmış nəfis şərq naxışıdır: müdrik və fəsahətli gözəl Şəhrizadə ay işığına bu qəfəsdən tamaşa edərdi. Bu ev aksessuarlarının əşyalar seriyasına dörd nimçə və mücrü, ətirli şam və şamdan, ətir diffuzoru və naqilsiz lampa daxildir. Qədim şərq nağıllarının ab-havası neçə-neçə əsri geridə qoyaraq evinizə daxil olur: havada ədviyyat və xoş qoxu hiss olunur, şam öz narın alovu ilə həzin-həzin şölə saçır, işıq isə zərif çini üzərində öz şıltaq oyununa başlayır...

Şərq üslublu bu müəllif naxışı “Lladro” brendinin ornamental rəssamlarının incə əl işidir və xüsusi olaraq “Majestic Nights” kolleksiyası üçün hazırlanmışdır. Kolleksiyanın bütün əşyalarını şəbəkə motivi bəzəyir. Şamdan, lampa və diffuzorun müxtəlif yaşıl çalarları olan qübbələri qızıl aypara ilə taclandırılıb. Dizaynerlər şam və simsiz lampalar üçün işıqkeçirici yarımşəffaf çinidən istifadə ediblər: nüfuz edən isti və yumşaq işıq ətrafda xoş atmosfer yaradır və diqqəti zərif şərq naxışlarına yönəldir.

Şəhrizadənin qədim nağılları sezilən forma, rəng və ətirlərə çevrilərək bütün hissiyyat orqanlarını sehrli səyahətə aparır və təxəyyülü ovsunlayaraq romantik əhval-ruhiyyə yaradır. Diffuzorlu konusların ətri buxur və ətirli qatrandan (mirra) hazırlanıb, şamdan isə ətrafa ədviyyəli “Secret Orient” şərq ətrini yayır.

“Majestic Nights” həyatı bir anlıq durdurmaq, onu xoşbəxt sonluqla bitən nağıla çevirmək və hər gecə təkrarlanan sehrli hekayənin həmmüəllifi olmaq üçün ideal fürsətidir.

Bu mübarək Ramazan bayramında “Lladró” brendinin “Majestic Nights” kolleksiyası bayram süfrəsini bəzəmək, evdə xoş ab-hava yaratmaq üçün ideal seçimdir və yaxınlarınız üçün bu müqəddəs ayın əsrlik adət-ənənələrinə hörməti əks etdirən gözəl hədiyyə olacaq!

“Majestic Nights” kolleksiyası artıq “Lladró” butiklərində təklif olunur. Sizi istənilən məkanın ab-havasını dəyişdirə bilən dekorativ-tətbiqi sənətin müasir şah əsərləri ilə tanış olmağa dəvət edirik!

“Lladró” brendinin Azərbaycanda eksklüziv nümayəndəsi “Italdizain” şirkətidir.

Ünvan: 28 may küçəsi, 7A, Azərbaycan Respublikası, Bakı ş.

Əlaqə telefonu: +994 (12) 498-00-53

“Lladro” brendi və onun kolleksiyaları haqqında daha ətraflı məlumatı https://italdizain.az/brands/lladro vebsaytından əldə etmək mümkündür.

Geri qayıt