Birxeber.az / Şəmkirdə evin damından meyit tapılıb

Şəmkirdə evin damından meyit tapılıb

9-04-2024, 12:40

Şəmkir rayonunun Dəllər qəsəbəsində ikimərtəbəli yaşayış binasının damında meyit tapılıb.

Bu barədə “Birxeber.Az”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonu, Dəllər qəsəbəsində ikimərtəbəli yaşayış binasının damında ölən 1 nəfərin meyitinin düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit binanın damından düşürülərək aidiyyəti üzrə təhvil verilib.

Geri qayıt