Birxeber.az / Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün İsveçrəni qəbul edəcək

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün İsveçrəni qəbul edəcək

9-04-2024, 09:40

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

"Birxeber.Az"un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Bakıda İsveçrəni qəbul edəcək.

Qarşılaşma saat 16:00-da start götürəcək.

Qeyd edək ki, millimiz yer aldığı B Liqasının I qrupunun ilk matçında səfərdə Macarıstanla heç-heçə edib - 1:1. İsveçrə isə Türkiyəni 3:1 hesabı ilə üstələyib.

Geri qayıt