Birxeber.az / Azərbaycanın U-19 millisi Latviya ilə qarşılaşacaq

Azərbaycanın U-19 millisi Latviya ilə qarşılaşacaq

9-04-2024, 09:40

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.

"Report" xəbər verir ki, yığma qrupdakı son matçında Latviyada meydan sahibləri ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, U-19 ilk oyununda Monteneqroya 0:4, Bolqarıstana isə 0:1 hesabı ilə uduzub.

Geri qayıt