Birxeber.az / Burkina Faso, Mali və Niger ECOWAS-dan çıxdığını elan edib

Burkina Faso, Mali və Niger ECOWAS-dan çıxdığını elan edib

28-01-2024, 18:40

Burkina Faso, Mali və Niger Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) çıxmaq qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Nigerin milli televiziyasında təşkilatdan çıxmaqla bağlı birgə bəyanat oxunub.

Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) on beş ölkənin regional siyasi və iqtisadi birliyidir.

ECOWAS-ın məqsədi tamhüquqlu iqtisadi və ticarət ittifaqının qurulması yolu ilə üzv dövlətlər üçün kollektiv özünütəminata nail olmaqdır.

Geri qayıt