Birxeber.az / Fransa BMT-nin fələstinli qaçqınlara dəstək agentliyinə maliyyəni dayandırıb

Fransa BMT-nin fələstinli qaçqınlara dəstək agentliyinə maliyyəni dayandırıb

28-01-2024, 18:40

Fransa BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) müvəqqəti olaraq maliyyələşdirməni dayandırıb.

"Report"un məlumatına görə, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Fransa 2024-cü ilin birinci yarısında heç bir əlavə ödəniş etməyi planlaşdırmır, vaxtı gələndə BMT və əsas donorlarla birlikdə yardımın şəffaflığı və təhlükəsizliyi ilə bağlı bütün tələblərini nəzərə alaraq qərar verəcək", - məlumatda deyilir.

2023-cü il üçün Paris UNRWA-ya 60 milyon avro ayırıb.

XİN vurğulayıb ki, BMT agentliyinin əməkdaşlarının HƏMAS-ın fəaliyyətində iştirakı ilə bağlı səslənən məlumatlar ciddidir.

Geri qayıt