Birxeber.az / Hikmət Hacıyev Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

Hikmət Hacıyev Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

8-04-2024, 18:40

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın bu ölkədəki səfiri Vladislav Kanevski ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə səfir "X"də paylaşım edib.

"Prezidentin köməkçisi Hikmət Hacıyevlə işgüzar görüşlər təkcə ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə etmək və həll etmək imkanı deyil, həm də Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı konkret addımlar və iddialı layihələrlə gücləndirmək üçün səmimi qarşılıqlı istəkdir",-diplomat qeyd edib.

Working meetings with Assistant of the President of @HikmetHajiyev is not only an opportunity to discuss and resolve urgent issues of bilateral agenda, but also a sincere mutual desire to strengthen the strategic partnership with concrete actions and ambitious projects pic.twitter.com/XrcyxbNEfS

— Vladyslav Kanevskyi (@V_Kanevskyi) April 8, 2024
Geri qayıt