Birxeber.az / ABŞ səfiri Texas Universiteti Simfonik Orkestrinin azərbaycanlı dirijoru ilə görüşüb

ABŞ səfiri Texas Universiteti Simfonik Orkestrinin azərbaycanlı dirijoru ilə görüşüb

8-04-2024, 17:40

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi (Mark Libby) Texas Universiteti Simfonik Orkestrinin dirijoru Fərhad Xudiyevlə görüşüb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"Fərhad Xudiyevlə görüşmək, musiqinin amerikalılar və azərbaycanlılar arasında körpü kimi mühüm rolunu müzakirə etmək çox xoş oldu.

Ona qarşıdakı çıxışlarında uğurlar arzulayıram və onun səfərini mümkün etdiyinə görə Azərbaycan-Amerika Musiqi Fonduna təşəkkür edirəm”, - deyə səfir vurğulayıb.

“Texas Universiteti Simfonik Orkestrinin dirijoru Fərhad Xudyevlə görüşmək, musiqinin amerikalılar və azərbaycanlılar arasında körpü kimi mühüm rolunu müzakirə etmək çox xoş oldu. Ona qarşıdakı çıxışlarında uğurlar arzulayıram və onun səfərini mümkün etdiyinə görə… pic.twitter.com/w69bfwUfPq

— U.S. Embassy Baku (@USEmbassyBaku) April 8, 2024
Geri qayıt