Birxeber.az / “Ulduz” jurnalının növbəti sayı işıq üzü görüb

“Ulduz” jurnalının növbəti sayı işıq üzü görüb

8-04-2024, 14:50

“Ulduz” jurnalının növbəti sayı işıq üzü görüb.

Birxeber.Az xəbər verir ki, dünya uşaq ədəbiyyatına həsr olunan fevral-mart sayı “Ulduz” jurnalı ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin birgə layihəsi əsasında hazırlanıb.

Jurnal filologiya elmləri doktoru, dosent, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimovanın “Gecələr səmaya bax, bütün ulduzlar çiçəkləyəcək...” ön sözüylə açılır.

Cavanşir Yusifli “Eqzüperinin duası”nı və Antuan Dö Sənt Eqzüperinin “Balaca şahzadə”sindən üç fəsli təqdim edib.

Hədiyyə Şəfaqət Rey Bredberinin “Zəncirotu şərabı” romanı əsasında yazdığı “Əjdaha şərabı”nı oxucularla bölüşüb.

Səməd Behrənginin “Balaca qara balığ”ı “Ulduz”un bu sayında dərc olunub.

Orxan Aras Yücel Feyzioğlunun uşaq kitabları haqqında “Nağılına sevgi qoşan adam” yazısını təqdim edib.

Əziz Nesin “Abidəsi qoyulan milçək”lə yad edilir.

Jurnalın bu sayında Azər Turanın “Toğrul Nərimanbəyovun nağıl ağacı, yaxud Teymur Elçinin yaratdığı mifik təsəvvürlər dünyası” oxuculara təqdim olunub.

Süleyman Sani Axundovun “Əhməd və Məleykə” nağılı, “Klassik uşaq ədəbiyyatından seçmələr” uşaq ədəbiyyatının inciləri kimi dərc edilib.

Jurnalda Sevinc Nuruqızının ”Uşaq ədəbiyyatında sevgi etirafı” yazısı işıq üzü görüb.

Cavid Qədirin Türkiyənin məşhur uşaq yazıçısı Nur Dombaycıyla müsahibəsində uşaq dünyasından söz açılır.

Reyhan Yusifqızının “Dünya dəyişdi, bəs uşaq ədəbiyyatı dəyişikliklərə uyğunlaşdımı?”, Mətanət Vahidin “Kitab-xəyal gücü sərhədsiz olan alternativ dünyadır”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının “Zəfərin uşaq ədəbiyyatında şöləsi” yazıları, Britaniya və Amerika uşaq şerindən seçmələr, Əhməd Cəmilin “Can nənə, bir nağıl de” şeiri, Sevinc Elsevərin “Kinomuzda uşaqlar” araşdırma yazısı, Hans Kristian Andersenin həyatı və “Balaca İdanın çiçəkləri” nağılı, Nurlana İşığın “Uşaq məyusluğunun həqiqəti” yazısı jurnalın bu sayında dərc olunub.

“Dərgidə sərgi”də rənglər dünyasıyla Əzizə və Dəniz Bəhruzlular yer alıb.

Geri qayıt